Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti Q Inspiration konseptini təqdim edib

Yaponiyanın premial Infinity markası Q Inspiration Concept-in eksteryerinin dizaynının sirrini tamamilə açıb. Avtomobil Detroy-2018 avtosalonunda təqdim ediləcək.

Xatırladaq ki, şirkət bir qədər əvvəl bu barədə elan vermişdi və sonra Infiniti Q Inspiration Concept prototipinin arxa hissəsinin göründüyü ilk şəkilləri dərc etmişdi. İndi isə istehsalçı modelin qabaq hissəsini göstərdi.

Əvvəl də qeyd edildiyi kimi, konseptual prototip Infiniti Q Inspiration Concept dünya ictimaiyyətinə brendin avtomobillərinin dizaynının gələcəkdə necə olacağı barədə təsəvvür yaratmaq üçün nümayiş olunub. Yeri gəlmişkən, Inspiration tərcümədə ilham deməkdir.

Infiniti Q Inspiration Concept-in texniki təchizatı barədə rəsmi informasiya yoxdur. Əvvəllər yapon markasının nümayəndələri qeyd edirdilər ki, prototipin eksteryerinin dizaynı təmiz və lakonik xətlərdən ibarətdir ki, onlar sedanı klassik formadan azad edib.

Brendin mətbuat xidmətindən bildiriblər ki, prototip Infiniti Q Inspiration Concept-in stilistikası innovasiyalı güc qurğuları olan modellər üçün nəzərdə tutulub.

AUTO.AZ



Şərhlər


AD