Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Bentayga 550-güclü mühərrik aldı

Britaniyanın avtomobil istehsalçısı olan Bentley Motors şirkəti möhtəşəm yolsuzluq avtomobili Bentley Bentayga V8 təqdim edib. SUV seqmentinin premial modelinin yeni modifikasiyası 550-güclü benzin mühərrik alıb ki, onun sayəsində avtomobil maksimal 290 km/saat sürətə malikdir.

Güman edildiyi kimi, avtomobilə 4,0-litrlik, iki turbo kompressoru olan V8 mühərriki quraşdırılıb. Benzinlə işləyən səkkizlik 404 kVt (549,28 a.g.), 770 Nm fırlanma anına malikdir.

Yolsuzluq avtomobili Bentley Bentayga V8 yerindən 100 km/saata 4.5 saniyəyə sürətlənir. Bu sürət V8-in güclü səsi ilə müşayiət olunur və avtomobilin fenomenal imkanlarından xəbər verir.

Bu güc aqreqatı yeni Porsche Panamera və Porsche Cayenne Turbo modellərindən tanışdır. Britaniya brendinin rəsmi press-relizində bildirilib:
Yolsuzluq avtomobili Bentley Bentayga V8in yeni benzin mühərriki 8-diapazonlu avtomat sürət qutusu ZF ilə birgə işləyir və tam ötürücülüdür. Məlumata görə, yeni modifikasiya qarışıq vəziyyətdə 100 km məsafəyə 11.4 litr yanacaq sərf edir.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Bentayga 14.01.2018

Şərhlər


AD