Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota-dan konseptual hiperkar

Yaponiyanın Toyota Motor Corporation şirkəti və onun Toyota Gazoo Racing bölməsi rəsmi surətdə hibrid hiperkar GR Super Sport Concept-in sirrini açıb. Avtomobil 2018-ci ildə Tokyo tüninq-şousu çərçivəsində təqdim ediləcək.

Xatırladaq ki, ötən ilin dekabrında bu model barədə elan vermişdi, onun təsvirini yaymışdı. İndi isə biz artıq yenilik ilk rəsmi şəkillərinə baxa bilərik.

Qeyd edilir ki, Toyota GR Super Sport Concept-in hazırlanmasında avtosport dünyasının bir çox həllərindən istifadə edilib. Xüsusilə, dözümlülük üzrə dünya çempionatı WEC-də iştirak edən Toyota TS050 Hybrid-in həllərindən istifadə edilib.

Təəssüf ki, hazırda Toyota Gazoo Racing şirkəti yenilik barədə ətraflı məlumat yaymayıb. Lakin markanın nümayəndələri bildiriblər ki, şirkət yürüş texnologiyasından istifadə edərək idman avtomobillərini inkişaf etdirməyi planlaşdırır.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Gazoo Racing 13.01.2018

Şərhlər


AD