Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford təkmilləşdirilmiş krossover təqdim edib

Amerikanın Ford Motor şirkəti 2019-cu model ilinə məxsus təkmilləşdirilmiş krossover Ford Edge-in sirrini rəsmi olaraq açdı. Avtomobil yeni eksteryer dizaynı, sürət qutusu, daha güclü mühərrik və ST idman modifikasiyası alıb. Onun təqdimatı isə bir neçə gün sonra Detroyt-2018 avtosalonunda olacaq.

Təkmilləşdirilmiş yolsuzluq avtomobili Ford Edge-in baza versiyası əvvəlki 2.0-litrlik, 4-silindrli, yükləyicili mühərriklə təchiz edilir və 250 a.g.-ə (+5 a.g.) malikdir. Güc aqreqatı yeni 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Şirkətdən qeyd edirlər ki, modelin bu modifikasiyası daha qənaətcildir.

Xarici görünüşə gəldikdə, təkmilləşdirilmiş krossover Ford Edge yeni radiator barmaqlığı, diodlu işıqlar, yeni kapot, qabaq və arxa bamperlər alıb.

Amerika şirkəti daha aqressiv və güclü avtomobil almaq istəyən müştərilərə idmansayağı yolsuzluq avtomobili Ford Edge ST təklif etməyə hazırdır. Bu modeli Ford Performance bölməsinin mütəxəssisləri hazırlayıblar.

AUTO.AZ



teqlər:
Ford, Ford Edge 12.01.2018

Şərhlər


AD