Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chrysler 2011-ci ildə IPO-ya çıxacaq

2011-ci ilin sonuna yaxın Chrysler konserni ilk dəfə olaraq səhmlərini birjada (IPO) yerləşdirəcək. Bu haqda, Fiat və Chrysler-in baş icraçı direktoru – Sercio Markionne, Fiat səhmdarlarının Turindəki görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirdi. Onun sözlərinə görə, bu hadisə, çox güman ki, gələn ilin sonuna yaxın baş tutacaq. Həmçinin S. Markionne bildirdi ki, Fiat, Chrysler-də olan indiki 20 %-lik payını 35 %-ə qədər artırmaq istəyir. Onun sözlərinə görə səhmlər dəsti üç mərhələdən keçir. Onlardan birincisi bu ilin dekabr ayında, ABŞ-da Fiat 500 avtomobillərə istehsala başlayan zaman həyata keçiriləcək.

Top-menecer mətbuata, səhmdarların görüşündə Fiat-ın sərbəst biznesdəki qeyri-əsas vəsaitlərinin – yük avtomobilləri istehsalçısı Iveco-nu və kənd təsərrüfatı və tikinti avadanlıqları istehsalı ilə məşğul olan Case New Holland kompaniyasını ayırmağı da təsdiqlədiklərini dedi. S. Makionne, əlavə biznesin idarə olunmasının Fiat Cars üçün həqiqi baş ağrısı olduğunu və yenidənqurmanın Fiat-ın 111 illik ömründə ən böyük miqyaslı islahat olduğunu bildirdi.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Chrysler, Fiat 19.09.2010

Şərhlər


AD