Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheelsandmore-dan Mercedes E-Class

Məşhur alman atelyesi W213 banında Wheelsandmore Mercedes-Benz E-Class ailəsi, o cümlədən Mercedes-AMG E 63 üçün rəsmi olaraq təkmilləşdirmə proqramı təqdim edib.

Atelyenin nümayəndələrinin sözlərinə görə, yeni təkmilləşdirmə proqramı qeyri-adi bir şeydir. Bu, təkcə avtomobilə xüsusi təkər quraşdırmaqla bitmir. Gəlin görək bu proqram nədən ibarətdir.

İlk növbədə, Mercedes-Benz E400 modeli W-Tectronic modulu alır ki, onun sayəsində mühərrik 410 a.g.-ə və 595 Nm fırlanma anına qədər güclənir. Standart variantda bu göstərici belədir: 333 a.g. və 480 Nm.

Gücləndirilmiş Mercedes-AMG E 43 modeli üçün məhsuldar modul nəzərdə tutulub, onun sayəsində mühərrikə 39 a.g. və 90 Nm əlavə edilir – 440 a.g. və 610 Nm.

Sonda, əgər sizdə Mercedes-AMG E 63 və ya E 63 S modellərindən biri varsa siz iki tənzimləmədən birini seçə bilərsiniz: Stage I – 650 a.g. və 920 Nm; Stage II – 680 a.g. və 960 Nm.

Bundan əlavə, alman tüner Wheelsandmore avtomobillərin xarici görünüşü üçün də bir çox yeniliklər təklif edir. Məsələn, qara modernləşdirilmiş sedan Mercedes-AMG E63 S qara rəngdə 21-düymlük xüsusi dizaynlı disklər, kupe E400 və kabriolet E400 Convertible isə 21- və 20-düymlük unikal disklər alır.

AUTO.AZ



Şərhlər


AD