Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Krossover Byton Concept təqdim edildi

Las-Veqasda keçirilən CES-2018 istehlakçı elektronikası sərgisi çərçivəsində Çinin  Byton şirkəti konseptual elektrikli yolsuzluq avtomobili Byton Concept-in prototipini təqdim edib.

Qeyd edək ki, Çin brendinin nümayəndələrinin sözlərinə görə, elektrokarın satışı gələn ilin sonlarına planlaşdırılır. Xatırladaq ki, Byton brendi Çinin Future Mobility şirkətinin tərkibinə daxildir.

Tam elektrikli krossover Byton Concept dəbli və gözəl eksteryer dizaynı və bir sıra nadir həllər alıb. Əcnəbi həmkarların sözlərinə görə, Çinin yeni elektrik avtomobilinin xarici görünüşündə Nissan və Land Rover brendlərinin bir sıra elementlərini görmək olar.

Byton Concept-in bir elektrik mühərriki var. O, 272 a.g.-ə malikdir. Tam dolu enerji 402 km məsafəyə çatır. Şirkət müştərilərə, həmçinin iki elektrik mühərrikli avtomobil də təklif edəcək ki, o, 476 a.g.-ə malik olacaq (523 km). Yeni krossoverin qiyməti təqribən 45 min dollar olacaq.

AUTO.AZ



teqlər:
Byton Concept 09.01.2018

Şərhlər


AD