Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford dizel ilə işləyən pikap təqdim edib

Bir sıra elanlardan sonra Amerikanın Ford Motor şirkəti rəsmi olaraq dizel ilə işləyən pikap Ford F-150 Diesel təqdim edib. Güman edildiyi kimi, avtomobil 3,0-litrlik V6 Power Stroke mühərriki alıb.

Xatırladaq ki, hələ bir il əvvəl Amerikan brendi vəd etmişdi ki, müştərilər bu yaxınlarda dünyanın ən məşhur pikapının dizel variantını əldə edə biləcəklər. İndi isə bu, reallığa çevrilib.

İstehsalçının sözlərinə görə, 3,0-litrlik dizel mühərriki V6 Power Stroke 250 a.g.-ə, 470 Nm-ə malikdir. Təəssüf ki, yeni pikap barədə ətraflı məlumat yoxdur.

Məlumdur ki, pikap Ford F-150 Diesel-in mühərriki 10-diapazonlu avtomat sürət qutusu SelectShift ilə birgə işləyir. Bu sürət qutusu məhz həmin mühərrik üçün hazırlanıb.

AUTO.AZ



teqlər:
Ford, Ford F-150 08.01.2018

Şərhlər


AD