Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni G-klass-ın sirrini vaxtından əvvəl açdılar

Məşhur Auto Week nəşriyyatı yeni nəsil yolsuzluq avtomobili Mercedes-Benz G-Class-ın ilk rəsmi fotolarını əldə edib. Avtomobil Detroyt-2018 avtosalonunda debüt edəcək.

Xatırladaq ki, bu yaxınlarda Almaniyanın premial brendi çoxdan gözlənilən yeniliyin rəsmi şəkillərini örtüklə də olsa nəşr etdirmişdi. İndi isə bizim bu yolsuzluq avtomobilini görmək imkanımız var.

Güman edildiyi kimi, yeni nəsil Gallenwagen-in xarici görünüşü demək olar ki, dəyişilməyib. Avtomobil eksteryerində bir sıra yeniliklər alıb, lakin o dərhal tanınır.

Artıq məlumdur ki, yeni nəsil Mercedes-Benz G-Class-ın asılqanı AMG mühəndisləri ilə birgə hazırlanır. Yol səthi ilə təmas 6mm artaraq 241 mm-ə, maksimal üstünlük dərinliyi isə 10 sm artaraq 70 sm təşkil edib.

Əvvəllər qeyd edildiyi kimi, yeni yolsuzluq avtomobili Mercedes-Benz G-Class pilləli çərçivədə yığılıb. Avtomobilin təchizatına diferensialların bloklanması və yeni 9-pilləli avtomat sürət qutusu daxildir.

Buna baxmayaraq, yeni nəsil Mercedes-Benz G-Class-ın vizual dəyişikliyi az olsa da, interyer çox dəyişilib. Şirkət avtomobilin salonunun şəkillərini bir qədər əvvəl nəşr etmişdi.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class 05.01.2018

Şərhlər


AD