Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Overfinch möhtəşəm Range Rover hazırlayacaq

Bu yaxınlarda təqdim edilmiş Range Rover SVAutobiography 2018 – Britaniyanın Land Rover şirkəti tərəfindən hazırda təklif olunan ən möhtəşəm avtomobildir. Lakin tüninq-atelye Overfinch son zamanlarda yaradılmış ən gözəl yolsuzluq avtomobili Range Rover təqdim edəcək.

Hazırda modernləşdirilmiş Range Rover by Overfinch istehsalat prosesindədir. Şirkət yeniliyin bir neçə şəklini təklif etməklə kifayətlənib ki, bunlar da dizayner eskizləridir. Atelyenin nümayəndələri avtomobil barədə heç nə demədilər.

Rəsmi təsvirlərə əsasən, yolsuzluq avtomobili Range Rover by Overfinch 2018-in hazırlanmasında bir çox elementlər kabron lifindən düzəldilib.

Bununla yanaşı, avtomobil yeni hava çıxıntıları, nadir təkər diskləri, yeni aerodinamik asılqan, o cümlədən yan ətəklər, arxa diffuzor, dörd borusu olan təkmilləşdirilmiş qaz buraxma sistemi alıb.

Overfinch atelyesindən bildiriblər ki, tarixində ən gözəl yolsuzluq avtomobili olan Range Rover-in salonunda bir sıra yeniliklərə, o cümlədən 4G və Wi-Fi olan informasiya-əyləncə sisteminə, smartfonlar üçün əlavələrə rast gəlmək olar ki, bunun sayəsində avtomobilin bir sıra funksiyalarını idarə etmək olar.

Avtomobil barədə ətraflı məlumat və onun qiyməti bir qədər sonra açıqlanacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Overfinch 04.01.2018

Şərhlər


AD