Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep yenilənmiş Cherokee-nin sirrini açdı

Jeep Amerika şirkəti rəsmən 2019 model ilinin yenilənmiş yolsuzluq avtomobilinin sirrini açdı. Avtomobil “daha sakit” dizayn əldə etdi. Onun təqdimat mərasimi isə 2018-ci ildə Detroyt motor-şousu çərçivəsində keçiriləcək.

Amerika markası yenilənmiş Jeep Cherokee haqqında dəqiq məlumat verməyib. Brendin təmsilçiləri avtomobilin dizaynının “daha orijinal və premial” olduğunu bildiriblər.

Bundan başqa, Amerika şirkətinin təmsilçiləri 2019 model ilinin Jeep Cherokee-sinin “daha ekonomik güc qurğuları ilə” əlverişli olacağını bildiriblər. Söhbətin hansı güc qurğularından getdiyi dəqiqləşdirilmir.

Restaylinqdən əvvəlki Jeep Cherokee yolsuluq avtomobili satış bazarından asılı olaraq, 177 a.g. verən 2,4 litrlik 4 silindrli benzin mühərriki, 272 a.g. verən 3,2 litrlik V6 mühərriki və 170 a.g. verən 2,0 litrlik dizel qurğusu ilə əlverişlidir.

Bunlardan əlavə, modelin Jeep Cherokee Trailhawk “keçilən” versiyası var. Belə avtomobil məcburi mufta bloklaması, arxa differensial bloklaması və azalan ötürməsi olan tam ötürücü sistemi ilə təchiz olunub.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Cherokee 20.12.2017

Şərhlər


AD