Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus beşyerli LX 570 təqdim etdi

Yaponiyanın premial brendi Lexus gözlənilmədən Los-Anceles keçirilən avtomobil sənayesi sərgisinə beşyerli yolsuzluq avtomobili LX 2018 modelini gətirib.

Markanın nümayəndələrinin sözlərinə görə, modelin yeni versiyası istehlakçıların baqaj daşımaları üçün daha rahat olacaq. Məlumata əsasən, beşyerli yolsuzluq avtomobili Lexus LX 570 2018-in baqaj tutumunun həcmi 1430 litrdir.

Müqayisə üçün deyək ki, üç sıra oturacaqları olan eyni modelin baqaj həcmi üçüncü sıra qatlandıqdan sonra 1265 litr idi.

2018 model ilinə məxsus beşyerli yolsuzluq avtomobili Lexus LX 570 Şimali Amerika bazarı üçün 5,7-litrlik V8 mühərriki ilə təklif ediləcək. O, 383 a.g.-ə, 545 Nm-ə və 8-diapazonlu avtomat sürət qutusuna malikdir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX 05.12.2017

Şərhlər


AD