Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fiat yeni sedan Cronos təqdim edib

Fiat şirkəti Cronos adlı yeni sedanın sirrini açıb. Avtomobil əsasən Cənubi Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobil hetçbek Argo-nun bazasında yığılıb və italyan brendinin model sırasında sedan Linea-nın yerini tutacaq. Yerli bazarda isə yenilik Honda City, Hyundai Verna və Volkswagen Virtus ilə rəqabət aparacaq.

Sedanın dizaynı hetçbek Argo-nu xatırladır. Lakin avtomobil yeni bamperlər, hava çıxıntıları və radiator barmaqlığı alıb. Cronos, həmçinin diodlu optika və spoyler ilə təchiz edilib.

Sedan 1,3-litrlik benzin mühərrik alıb. O, 109 a.g.-ə malikdir və 5-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Müştərilərə, həmçinin 1,8-litrlik, 139 a.g.-ə malik, 6-pilləli avtomat sürət qutusu olan sedan da təklif ediləcək.

AUTO.AZ



teqlər:
Fiat, Fiat Cronos 30.11.2017

Şərhlər


AD