Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti-dən yeni QX50

Dünya premyerasına cəmi bir neçə gün qalmış internetdə yeni nəsil yolsuzluq avtomobili Infiniti QX50-nin ilk rəsmi rəsmləri fotoları yayılıb. Premial avtomobil seqmenti SUV-un debütü Los-Anceles-2017 beynəlxalq avtosalonu çərçivəsində keçiriləcək.

Seriyalı krossover Infiniti QX50 (2019-cu model ili) bir çox cəhətlərinə görə yapon istehsalçının bir qədər əvvəl təqdim etdiyi Infiniti QX50 Concept-ini təkrarlayır. Faktiki olaraq, cəmi bir fərqli cəhət qabaq hissədə nadir faralar, xromların az olması və yenilənmiş aerodinamik asmadır.

Konsept kimi, seriyalı krossover Infiniti QX50-nin də banında perimetr boyu plastik qoruyucu var. Avtomobilin, həmçinin yan pəncərələrində xrom işləmələr var. Güman edilir ki, avtomobilin əsasında yeni platforma dayanır və o, sələfinə nisbətən 23 faiz sərtdir.

Bundan əlavə, yeni nəsil kompakt premial krossover Infiniti QX50 innovasiyalı 4-silindrli güc qurğusu VC-Turbo almalıdır. Mühərrik 269 a.g. və 380 Nm fırlanma anı verə bilir.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti QX50 29.11.2017

Şərhlər


AD