Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi RS5 520-güclü mühərrik alıb

Məşhur Wheelsandmore atelyesi gücləndirilmiş kupe Audi RS5 Coupe üçün təkmilləşdirmə paketi hazırlayıb. Avtomobilin mühərriki gücləndirilib və o, 520 a.g.-ə malikdir.

Atelyenin mühəndisləri ilk növbədə baza variantındakı 2.9 TFSI V6 mühərrikini təkmilləşdiriblər. Bu mühərrik adi variantda 450 a.g. və 600 Nm fırlanma anı verirdi. Elə modernləşdirmənin ilk mərhələsində (Stage 1) o, 505 a.g. və 680 Nm-ə malik oldu.

Stage 1 paketinin qiyməti 2500 funt sterlinqdir. Ona elektron idarəetmə blokunun yeni proqramı və daha effektiv hava filtri daxildir. Lakin Wheelsandmore şirkəti maraqlı müştərilərə Stage 2 də təklif edə bilər. Bu paket sayəsində mühərrik 520 a.g. və 690 Nm fırlanma anına malik olacaq.

İkinci paketə tənzimləmə klapanlarına malik yeni qaz buraxma sisteminin təkmilləşdirilməsi daxildir. Məlumata görə, 520-güclü kupe Audi RS5 Coupe by Wheelsandmore yerindən ilk yüzlüyə 3,6 saniyəyə sürətlənə bilir ki, bu da baza variantında olan avtomobildən 0,3 saniyə tezdir.

Bundan əlavə, tüninq edilmiş kupe Audi RS5 Coupe by Wheelsandmore 20-düymlük 6Sporz² или F.I.W.E təkər diskləri, o cümlədən ya 275/30, ya da 295/25 ölçülü şinlər, həmçinin ya aşağı yaylar, ya da tənzimlənən KW asılqanı alacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi RS5, Wheelsandmore 28.11.2017

Şərhlər


AD