Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin-dən yeni Vantage

Bir sıra cəlbedici elandan sonra Britaniyanın Aston Martin şirkəti yeni nəsil idman kupesi Vantage-ı rəsmi surətdə təqdim edib. Təqdiman zamanı markanın rəhbəri bildirib ki, əgər DB11 modeli alicənabdırsa, Vantage ovçudur.

Beləliklə, yeni nəsil kupe Aston Martin Vantage Britaniya brendinin yeni dövrünün tam reallaşdırılması kimi xarakterizə olunur. Bu dövr DB11 modeli ilə başlayıb. Güman edildiyi kimi, avtomobilin eksteryerinin dizaynında Spektr filminin baş qəhrəmanı Ceyms Bond üçün hazırlanmış DB10 modelinin üslubundan istifadə edilib. İstənilən halda yeni Aston Martin Vantage Britaniya şirkətinin GT seriyasının hamısından fərqlənir.

Yeni Aston Martin Vantage-ın ötən nəsil modellərin ölçülərini qorumasına baxmayaraq, onun xarici görünüşü daha aqressiv və idmansayağıdır. Avtomobilin qabaq hissəsində gözlənildiyi kimi, böyük radiator barmaqlığı peyda olub.

Superkar Aston Martin Vantage DB11 modelində debüt etmiş alüminium şassi üzərində qurulub. Şirkətdən bildiriblər ki, banın strukturunun 70 faiz elementləri yenidən hazırlanıb.Qeyd edidiyi kimi, avtomobil sələfindən yüngül alınıb – 1530 kq.

Avtomobilin mühərrik hissəsində Mercedes-AMG-nin 4,0-litrlik, 8-silindrli aqreqatı dayanır ki, o, 8-diapazonlu ZF sürət qutusu ilə birgə çalışır. Mühərrik 510 a.g., 685 Nm fırlanma anı verir. Avtomobil yerindən 100 km/saata 3,6 saniyəyə sürətlənir. Maksimal sürət isə 314 km/saatdır.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vantage 24.11.2017

Şərhlər


AD