Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dünyanın ən sürətli yük avtomobili

Amerikanın Tesla şirkəti bir sıra cəlbedici elandan sonra nəhayət ilk kommersiya modelini – yüksək texnologiyalı elektrikli yük avtomobili Semi-nin sirrini açdı.

Yeni elektrikli yük avtomobili Tesla Semi həqiqətən qeyri-adi texniki xarakteristikaya malikdir və yük qaldırma sahəsində inqilab edə bilib. Özü də təkcə avtomobil cəhətdən deyil, dəmir yolu nəqliyyatı cəhətdən.

Kaliforniya brendinin nümayəndələrinin sözlərinə görə, elektrikli yük avtomobili Tesla Semi yerindən 100 km/saata cəmi 5 saniyəyə sürətlənir! Əlbəttə, söhbət dolu deyil, boş avtomobildən gedir, lakin rəqəm həqiqətən təəccüblüdür.

Tam dolu yük avtomobili Tesla Semi 36 tona yaxın yükü olan qoşqu ilə ilk yüzlüyü 20 saniyəyə yığır. Yeniliyin təqdimatı zamanı İlon Mask deyib: Biz Tesla Semi-ni güllə kimi cəld olması üçün hazırladıq.

Amerika şirkəti bu cür dinamik xarakteristikaya optimallaşdırılmış aerodinamika sayəsində nail olub. Yeri gəlmişkən, elektrikli yük avtomobili Tesla Semi-nin qabaq müqaviməti Bugatti Chiron-dan daha yaxşıdır – 0,38 Cx-ya qarşı 0,36 Cx.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Semi 23.11.2017

Şərhlər


AD