Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla-dan yeni Roadster

Amerikanın Tesla şirkəti artıq dünya ictimaiyyətini öz yeniliklərinə vərdiş etdirib. Bunun növbəti sübutu isə yeni nəsil elektrikli superkar Tesla Roadster-in təqdimatı oldu. Avtomobil yerindən 100 km/saata cəmi 1,9 saniyəyə sürətlənir!

Amerika şirkəti yeni modelini brendin hazırladığı ən idmançı avtomobil kimi xarakterizə edir. Bir daha qeyd edək ki, İlon Maskın dediyinə görə, yeni, sayca isə ikinci nəsil olan Tesla Roadster modeli yerindən 100 km/saata 1,9 saniyəyə sürətlənir. Elektrokar 160 km/saatı 4,2 saniyəyə yığır.

Həmçinin amerikan yeniliyinin maksimal sürəti barədə də danışmaq lazımdır ki, bu rəqəm 400 km/saatdan yuxarıdır. Hörmətli xanımlar və cənablar, beləliklə, yeni rodster Tesla Roadster dünyanın ən sürətli avtomobilidir!

Şirkətdən bildiriblər ki, yeni nəsil Tesla Roadster dördəbir mili 8,9 saniyəyə qət edir. Bu nəticə eyni məsafəni 9,6 saniyəyə qət edən Dodge Challenger Demon-un göstəricisindən yuxarıdır.

Yenilik 3 elektrik mühərriki ilə təchiz edilir. Ümumi güc barədə məlumat verilmir, lakin onlar 250 kVt/saat həcmində batareyadan qidalanırlar, maksimal fırlanma anı isə 10 000 Nm-dir.

AUTO.AZ

 



teqlər:
Tesla, Tesla Roadster 22.11.2017

Şərhlər


AD