Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet güclü Corvette ZR1 təqdim edib

İlkin elandan sonra General Motors Dubatda çoxdan gözlənilən ekstremal kupe Chevrolet Corvette ZR1 2019 modelinin təqdimatını keçirib. Yüksək məhsuldarlı avtomobil 766-güclü mühərrik alıb və məhdud sayda istehsal ediləcək.

Yeni güclü Chevrolet Corvette ZR1 modelinin dünya üzrə təqdimatı Dubay-2017 beynəlxalq avtosalonda keçiriləcək. Avtomobilin təqdimatında amerikan brendinin rəhbərliyi bildirib: Şah qayıdır və o, əvvəlkindən də güclü olacaq.

Amerikan şirkətinin nümayəndələrinin belə sözlərinin ciddi səbəbi var. Yeni kupe Chevrolet Corvette ZR1 təkmilləşdirilmiş 6.2LT5 V8 mühərriki ilə təchiz edilib. O, 765,45 a.g. və 969 Nm fırlanma anına malikdir. Şirkətdən bildiriblər ki, mühəndislər amerikan konserninin tarixində ilk dəfə olaraq yanacağın ikiqat sıçradılması sistemini hazırlayıblar və bunun sayəsində güc nəzərəçarpan dərəcədə artıb.

Ekstremal kupe Chevrolet Corvette ZR1 2019-un güclü mühərriki ya 7-pilləli mexaniki, ya da 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Amerikan brendi Chevrolet-in nümayəndələri yenilik barədə ətraflı məlumat verməyiblər, lakin yeni model Corvette ZR1 maksimal sürətə malikdir – 337 km/saat. Yeni ekstremal model Chevrolet Corvette ZR1 iki paketlə əldə edilə bilər: Low Wing və ZTK Performance Package (High Wing).

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Corvette 18.11.2017

Şərhlər


AD