Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Dodge Viper 2012-ci ildə işıq üzü görəcək

2012-ci ildə istehsala buraxılacaq tamamilə yeni Dodge Viper idman avtomobili, Chrysler-in qapalı konfransında təqdim olundu. Fiat-Chrysler ittifaqının rəhbəri – Sercio Markionne, Chrysler, Jeep, Dodge və Fiat markaları haqda gələn il üçün olan planlarından danışandan sonra modeli təqdim etdi. Yeni Viper-in daha aqressiv olduğu bildirilir, amma, bu halda da ənənəvi sportkar cizgilərinə yönəlib.

Ekspertlərin fikirincə, Viper onsilindirli, V-obrazlı, 8.4 litr həcmi olan, Multiair texnologiyalı mühərriklə təchiz olunacaq. Baza dəstinin səkkizsilindirli, V-obrazlı güc vahidi əldə edəcəyi də məlumdur. Əldə olunan məlumata görə, Dodge amerikan avtomobil istehsalçısı, yeni Viper-in üzərində italyan superkar istehsalçısı Ferrari ilə birgə işləyib. Dodge-nin rəhbəri bildirdi ki, superkarın rəsmi təqdimatı, indiki nəsil Viper modelinin sonuncu avtomobili konveyrdən çıxandan sonra baş tutacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Chrysler 19.09.2010

Şərhlər


AD