Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti QX80-i təkmilləşdirib

Yaponiya markası İnfiniti 2018 model ilinə məxsus yeni flaqman yolsuzluq avtomobili QX80-nin sirrini rəsmi surətdə açıb. Avtomobil Nyu-York avtosalonunda debüt etmiş Infiniti QX80 Monograph konseptindən bir çox dizayner həlləri alıb.

İstehsalçı avtomobili yeni kimi təqdim etsə də, çox güman ki, qarşımızda təkmilləşdirilmiş yolsuzluq avtomobili QX80 dayanıb. Şirkətdən bildiriblər ki, yenilik noyabrın 14-də Dubay avtosalonunda debüt edəcək.

Yaponiyanın premial brendi təkmilləşdirmə zamanı yeni qabaq optika alıb. Bu optika indi bir qədər yuxarıda yerləşir. Bundan əlavə, yolsuzluq avtomobili QX80 2018 arxa qabarit işıqları, yeni radiator barmaqlığı, qabaq və arxa bamper alıb.

Şirkətdən deyiblər ki, yolsuzluq avtomobili QX80-nin izolyasiya materialları da yaxşılaşıb. Xüsusən, səs izolyasiyası qapılarda və qabaq paneldə yaxşılaşıb.

Güman edildiyi kimi, yolsuzluq avtomobili QX80 2018 yaxşı tanıdığımız 8-silindrli, 5,6-litrlik mühərriklə təchiz edilib. O, 405 a.g. və 560 Nm fırlanma anına malikdir. Sürət qutusu 7-pilləli avtomatdır. Maksimal sürət isə 210 km/saatdır.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti QX80 17.11.2017

Şərhlər


AD