Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo markasının ilk krossoveri Stelvio artıq Bakıda!

Bu gün Autolux Azerbaijan model cərgəsinə daha bir avtomobil əlavə etdi. Bu Alfa Romeo Stelvio modelidir.

100 ildən artıq tarixə malik olan Alfa Romeo-nun ilk krossoveri 2016-ci ildə Los Anceles sərgisində təqdim olunmuşdur. Avtomobil Şərqi Alp dağlarının arasında yerləşən aşırımın adını daşıyır. 2700 metr yüksəklikdə yerləşən sərt döngəli yol İtalyan idman avtomobil həvəskarları arasında çox sevilən məkandır.

Alfa Romeo Giulia ilə eyni platformada yığılmış Stelvio-nun tək xarici görünüşü deyil, mühərriki, sürət qutusu, salonun interyeri də Giulia-ya bənzəyir. Modelin uzunluğu 4680 mm, eni (yan güzgüləri nəzərə almaqla) 2160 mm, təkər bazası isə 2820 mm təşkil edir. Giulia modeli kimi Stelvio-da Alfa Romeo-ya xas olan 3 tərkib hissədən ibarətdir: nisbət, sadəlik və yüksək performans.

Bunu da qeyd etmək lazımdır ki, Alfa Romeo Stelvio sahibinə fərqli məğlubolunmaz təhlükəsizlik sistemlərini təklif edir.

2.0 litr həcimli mühərrik, 280 at gücü və 8 pilləli avtomatik transmissiya ilə təhciz olunmuş Stelvio avtomobili özündə ənənəvi İtalyan üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir.

Təqdimat zamanı tam komplektasiyalı versiya ilə tanış olduq. 1 sürücü və 4 sərnişinin yerləşə biləcək dəri salon, 680 litrlik baqaj hissəsi Stelvio qısa bir zamanda azərbaycanlı ailələrin sevimlisinə çeviriləcəyinə əminik. Dəbdəbəli, sadə və lakonik cihazlar paneli Stelvio-nun Alfa Romeo kimi zəngin tarixi, təcrübəsi və ənənələri olan brendin nümayəndəsi olduğu bir daha vurğulayır. O, sürücüyə tam komfortlu şəraitdə yola hakim olmağı yaşadır.

Qeyd edək ki, Stelvio avtomobilini həm nağd şəkildə, həm də sərfəli 5 illik kreditlə almaq olar. Autolux Azerbaijan şirkətinin təklif etdiyi kredit şərtlərinə əsasən ilkin ödəniş – avtomobil qiymətinin 20%, illik faiz dərəcəsi isə 17%-dir.

Xatırladaq ki, Alfa Romeo markasından başqa, Autolux Azerbaijan Ferrari, eləcə də Ferrari Store, Lamborghini, Collezione Automobilli Lamborghini, Aston Martin və həmçinin Jeep, Dodge, Chrysler, Fiat, Fiat Professional və Abarth brendlərinin Azərbaycanda yeganə rəsmi distribüteridir və ölkəmizdə geniş avtomobil markaları cərgəsinə malik olan şirkətdir.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Stelvio 16.11.2017

Şərhlər


AD