Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Spofec Rolls-Royce Dawn-u təkmilləşdirib

Novitec Group-un tərkibindəki məşhur Spofec atelyesi Britaniyanın möhtəşəm kabrioleti Rolls-Royce Dawn üçün yeni təkmilləşdirmə proqramını – Overdose təqdim edib. Avtomobil bir qədər dəyişilmiş aerodinamik asılqan və təkmilləşdirilmiş mühərrik (686 a.g. və 980 Nm fırlanma anı) alıb.

Beləliklə, kabriolet Rolls-Royce Dawn Overdose by Spofec hətta ən gözəl avtomobildən də gözəldir. Xatırladaq ki, Spofec atelyesinin mütəxəssisləri bir qədər əvvəl təkmilləşdirilmiş kabriolet Dawn-u təqdim etmişdilər, lakin yeni orijinal proqram üstü açılan modelə daha gözəl xarici görünüş bəxş edib.

Rəsmi fotolarda göründüyü kimi, təkmilləşdirilmiş kabriolet Rolls-Royce Dawn Overdose by Spofec karbon lifindən enli aerodinamik asılqan və məxsusi olaraq Overdose paketi üçün hazırlanmış 22 düymlük təkər diskləri alıb.

Rolls-Royce Dawn Overdose by Spofec-in təchizat siyahısına 6.6 V12 mühərriki daxildir. Lakin bu mühərrik Spofec-in mütəxəssisləri tərəfindən təkmilləşdirildikdən sonra 686 a.g. və 980 Nm fırlanma anı alıb.

Bu güc və fırlanma anı avtomobilə imkan verir ki, ilk yüzlüyə 4,6 saniyəyə sürətlənsin. Maksimal sürət 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Dawn, Spofec 16.11.2017

Şərhlər


AD