Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Qafqaz Bakıda ekoloji tədbir keçirib

Hal-hazırda müasir dünyanın sürəti ilə ayaqlaşmaq üçün həyatımızı texnologiya möcüzələrindən kənar təsəvvür edə bilmərik. Təəssüf ki, bu günkü həyatımızı rahatlaşdırmaq üçün istifadə etdiklərimiz gələcəyimiz üçün təhlükələr də vəd edə bilir. Təsadüfi deyildir ki, ətraf mühitin mühafizəsi diqqəti cəlb edən əsas məsələlərdən birinə, bəlkə də birincisinə çevrilib.

Toyota da bu məsələni prioritetə çevirərək bu günkü komfortunuzu təmin etməkdən savayı sabahı da düşünür. Buna görə də həm istehsalat prosesində, həm də istehsal etdiyi avtomobillərdə ətraf mühitin mühafizəsinə böyük diqqət ayırır. “Toyota Environmental Challenge 2050” layihəsi də bu istiqamətdə atılan ən böyük addımlardan biridir.

Layihədə əsas hədəf 2050-ci ilədək bir sıra sahələrdə zərərli tullantıların qarşısının alınması, eləcə də avtomobil sənayesində “Euro-0” ekoloji standartına sahib olmaqdır. Bu layihə çərçivəsində Toyota Qafqaz 2017-ci ilin noyabr ayında Bakıdakı VeloPark ərazisi yaxınlığında yerləşən meşə zolağında 200 ağac əkərək sağlam gələcək naminə öz töfhəsini vermişdir.

Ətraf mühitin qorunmasına həsr olunmuş ekoloji tədbirdə rəsmi dillerlər- Toyota Bakı Mərkəzi və Toyota Abşeron Mərkəzinin nümayəndələri də iştirak etmişdir.

www.toyota.az



teqlər:
Toyota 16.11.2017

Şərhlər


AD