Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini-dən yeni konsept

İtaliyanın Lamborghini şirkəti üçüncü minillik üçün superkar – futuristik Terzo Millennio Concept-i rəsmən təqdim edib. Avtomobil Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri ilə birgə hazırlanıb.

Brendin nümayəndələrinin sözlərinə görə, təqdim edilmiş prototip Lamborghini Terzo Millennio Concept vasitəsilə bir sıra texnoloji yeniliklər nümayiş olunub ki, bunlardan gələcəkdə Lamborghini-nin seriyalı avtomobillərində istifadə olunacaq.

Prototip Lamborghini Terzo Millennio Concept – bu, İtaliya brendinin gələcəkdəki dizaynını göstərən elektrokardır. Təqdimat mərasimində Stefano Domenikali qeyd edib ki, əməkdaşlıq üçüncü nəsil super sportkarlar üçün mühüm səhifədir.

Təqdim edilmiş prototipdə bir sıra innovasiyalardan istifadə edilib. Şirkətdən verilən məlumata görə, bu yeniliklər gələcəkdə avtomobillərdə quraşdırılacaq texnologiyanın cüzi hissəsidir. Lakin qeyd edilməlidir ki, bu cür avtomobilin seriyalı versiyasının nə zaman istehsal ediləcəyi məlum deyil. Çox güman ki, bu, uzaq gələcəkdə baş verəcək.

Bildirilib ki, prototip dörd ədəd elektrikli mühərriklər təchiz edilib. Onların hər biri bir təkərə cavabdehdir. Bununla yanaşı, futuristik Lamborghini Terzo Millennio Concept superkandensatorlar və enerji yığan bloklar alıb.

AUTO.AZ



Şərhlər


AD