Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari kupe FXX-K Evo təqdim edib

İtalyan brendi olan Ferrari ekstremal hiperkar FXX-K Evo-nu təqdim edib. Yürüş treki üçün nəzərdə tutulan yüksək məhsuldarlı avtomobil yenidən tənzimlənmiş aerodinamik asılqan alıb və yüngül çəkili olub.

Təqdim edilmiş kupe Ferrari FXX-K Evo öz növbəsində Ferrari LaFerrari modelinin bazasında yığılmış yürüş hiperkarı Ferrari FXX-K-nın modifikasiya edilmiş versiyasıdır. Qeyd edildiyi kimi, yenilik standart modeldən yüngüllüyü və yaxşılaşdırılmış aerodinamikası ilə fərqlənir.

Məsələn, avtomobil Ferrari FXX-K Evo maksimal sürətdə 830 kq əlavə sıxma gücünü generasiya edir ki, bu da Ferrari FXX modelindən 23 faiz, Ferrari LaFerrari modelindən isə 75 faiz çoxdur. Belə ki, İtaliya brendinin nümayəndələrinin sözlərinə görə, 200 km/saat sürətdə 640 kq sıxma gücü hasil edilir. Bu da GT3 kateqoriyalı yürüş avtomobillərinə məxsusdur.

Ekstremal hiperkar Ferrari FXX-K Evo qabaq və arxa bamperlərdə ciddi aerodinamik yeniliklərlə lovğalana bilər. Hər şey hava axınını optimallaşdırmaq və sıxma gücünü 10 faiz artırmaq üçün edilib. Bununla yanaşı, qabaq əyləclərin hava çıxıntıları da yenilənib. Sıxma gücündə əlavə 30 faiz isə avtomobilin altında yerləşdirilmiş generatorlar sayəsində əldə edilib.

Esktremal hiperkar Ferrari FXX-K Evo-nun arxa aerodinamik qanadı arxa aktiv spoylerlə birgə çalışır. Avtomobilin arxa spoylerin işinə cavabdeh olan idarəetmə proqramı iki elementin qarşılıqlı fəaliyyəti üçün daha da yaxşılaşdırılıb. Bundan əlavə, modelin qabaq və arxa qanadları da təkmilləşdirilib.

Kupe Ferrari FXX-K Evo-nun interyerində yeni sükan, böyük monitoru və yeni telemetrik sistemi olan informasiya-əyləncə sistemi peyda olub. Bunlarla yanaşı, avtomobilin asması də yenidən tənzimlənib. Yenə də hər şey sıxma gücünün artırılması üçün edilib.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari FXX-K Evo 10.11.2017

Şərhlər


AD