Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW seriyalı krossover təqdim edib

BMW şirkəti seriyalı krossover X2-ni rəsmi olaraq təqdim edib. o, Bavariya markasının sıralamasında X3 modelindən bir pillə aşağıda dayanır. BMW X2 ötən ilin payızında Paris avtosalonunda eyniadlı prototipin dizaynını və proporsiyalarını təkrar edir.

Yolsuzluq avtomobilinin uzunluğu 4360 mm, eni 1824 mm, hündürlüyü 1526 mm-dir. Beləliklə, X2 X1-dən 49 mm dar, 69 mm alçaq alınıb. Təkər bazası 2670 mm-dir.

Krossover qabaq ötürücülü UKL modul platformasında yığılıb. Bu platforma artıq BMW 2-Series Active Tourer и Gran Tourer-in və MINI markasının əsasını təşkil edir. Bir qədər sonra elə bu şassi hetçbek BMW 1-Series-də istifadə edilir.

Yeniliyin salonu bir çox cəhətinə görə X1 modelini xatırladır. Xüsusilə, krossover çox bənzər cihazlar paneli alıb. Əlavə pul ödəməklə 8,8-düymlük sensorlu monitor, iDrive multimedia sistemi, o cümlədən proyeksiyalı displey də əldə etmək olar.

BMW X2 bazara 190-güclü, 2-litrlik, 4-silindrli benzin mühərriklə, o cümlədən eyni gücə malik turbo dizellə çıxacaq. Krossoverin ən güclü versiyası 231 a.g. və 450 Nm fırlanma anına malik dizel mühərriklə təchiz ediləcək. Bu cür avtomobil yerindən 100 km/saata 6,7 saniyəyə sürətlənəcək. Maksimal sürət isə 200 km/saatdır.

AUTO.AZ



teqlər:
BMW, BMW X2 10.11.2017

Şərhlər


AD