Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Shelby-dən 1000-güclü Mustang

Shelby şirkəti sportkar Ford Mustang-ın yürüş variantını hazırlayıb. O, 1000-güclü mühərrikə malikdir. Yenilik Las-Veqasdakı SEMA tüninq-festivalı çərçivəsində təqdim edilib.

Superkar standart kupe Mustang GT bazasında yığılıb, lakin 5-litrlik V8 Shelby GT350-dən 5,2-litrlik səkkizliklə əvəz edilib. Mühərrik Whipple sıxıcı kompressorla, yeni yanacaq nasosu ilə və interkulerlə təchiz edilib. Kupe mühərrikin idarəetməsi üçün yenidən proqramlaşdırılmış elektron blok, modernləşdirilmiş mexaniki sürət qutusu alıb. Yeniliyin dinamik xarakteristikası barədə məlumat verilmir.

Yürüş Mustang-ı üçün yeni ban asması, kapot, qabaq hava çıxıntıları, arxa diffuzor hazırlanıb. Bundan əlavə, superkar enliləşdirilmiş qabaq və arxa təkər yeri, tənzimlənən amortizatorlar və Brembo əyləc mexanizmi alıb.

Xüsusi Mustang-ın istehsalı 2018-ci ilin birinci rübündə başlayacaq. Yeniliyin qiyməti 169.995 dollardan başlayacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang, Shelby 09.11.2017

Şərhlər


AD