Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin-dən Vanquish S Ultimate

Britaniyanın Aston Martin şirkəti eksklüziv sportkar Vanquish S Ultimate-i rəsmi olaraq təqdim edib. GT (Grand Tourer) sinfinə aid avtomobil kupe və kabriolet banında əldə edilə bilər.

Sportkar Aston Martin Vanquish S Ultimate dizaynerin təklif etdiyi üç rəngdə əlyetərlidir. Məsələn, avtomobilin banı Ultimate Black rəngində, Copper Bronze çalarları ilə ola bilər. Eyni zamanda, avtomobil Xenon Grey rəngində, Cobalt Blue çalarları ilə ola bilər.

Nəhayət, nadir kupe və ya kabriolet Aston Martin Vanquish S Ultimate-in 3-cü dizayner rəngi White Cold rəngində, Bronze çalarla ola bilər. Hər üç variantda avtomobilin salonu orijinal rənglərlə və eksklüziv materiallarla işlənilir.

Nadir Aston Martin Vanquish S Ultimate-in kupe və ya kabrioleti Vanquish S modifikasiyasına əsaslanır. Onlar hamının yaxşı yanıdığı 6,0-litrlik V12 mühərriki (595 a.g.) ilə təchiz ediliblər. Mühərrik 8-pilləli avtomat sürət qutusu Touchtronic III ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vanquish 07.11.2017

Şərhlər


AD