Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey-dən dünyanın ən sürətli avtomobili

Çoxlu sayda elanlardan və cəlbedici videoçarxlardan sonra Amerikanın Hennessey şirkəti rəsmi surətdə 1600-güclü hiperkar Venom F5-in sirrini açıb. Avtomobil istehsalçısının təqdimatı Las-Veqasdakı SEMA-2017 tüninq-şousu çərçivəsində keçirilib.

İstehsalçının sözlərinə görə ən yeni hiperkar Hennessey Venom F5 maksimal olaraq 483 km/saat sürət yığa bilir. Bu avtomobil tamamilə yenidir və heç bir mövcud komponentlərlə yığılmayıb.

Xatırladaq ki, təqdim edilmiş model Hennessey Venom F5-in sələfi Lotus şassisinin bazasında yığılmışdı. Yeni hiperkarın əsasında karbon karkas dayanır ki, buradakı ban panelləri kömür plastikdəndir.

Kupe Hennessey Venom F5-in aerodinamik müqavimət əmsalı 0,33 Cd-dir.  Müqayisə üçün deyək ki, Hennessey Venom modelində bu göstərici 0,44 Cd, yeni kupe Bugatti Chiron da isə 0,38 Cd-dir.

Ən yeni kupe Hennessey Venom F5-in mühərrik hissəsində 7,4-litrlik, 1600 a.g. və 1762 Nm fırlanma anına malik V8 dayanır. Bütün bu güc 7-pilləli robotlaşdırılmış sürət qutusu və bir mufta vasitəsilə arxa təkərlərə - Michelin Pilot Cup 2-yə ötürülür. Şirkət opsiya qismində mexaniki sürət qutusu da təklif edir.

Güman edilir ki, yeni hiperkar Hennessey Venom F5 0-dan 300 km/saata cəmi 9 saniyəyə, 400 km/saata isə 20 saniyəyə sürətlənə biləcək. Bildirilir ki, bu avtomobildən cəmi 24 ədəd olacaq. Minimal qiymət isə 1 600 000 dollardır. Lakin avtomobil üçün opsiyalar da nəzərdə tutulur. Lakin bu opsiyalara görə əlavə 600 000 dollar ödəmək lazımdır.

AUTO.AZ



teqlər:
Venom, Venom F5, Hennessey 07.11.2017

Şərhlər


AD