Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia güclü modellər təqdim edib

Koreya Respublikasının KIA Motors Corporation şirkəti Las-Veqasdakı SEMA-2017 tüninq-şousuna bir neçə təkmilləşdirilmiş avtomobil gətirib. Konseptual modellərin hamısı bir çox yeniliklər alıb ki, bunların sayəsində onlar daha da cəlbedici olublar.

Birinci yenilik fastbək KIA Stinger GT Wide Body-dir. Bu avtomobilin hazırlanmasında əfsanəvi West Coast Customs atelyesinin mütəxəssisləri çalışıblar. Nəticədə, avtomobil yenidən tənzimlənmiş aerodinamik asma alıb ki, onun sayəsində modelin eksteryeri tam müasir səviyyəyə qalxıb.

Təqdim edilmiş KIA Stinger GT Wide Body modelinin hazırlanmasında atelyenin mütəxəssisləri 1970-ci illərin GT sinfinə məxsus yürüş avtomobillərindən ilhamlanıblar. Bununla yanaşı, avtomobildə 21-düymlük nadir təkərlər və aşağı salınmış asılqan quraşdırılıb. Ban asmasının bütün yeni elementləri karbon lifindən hazırlanıb.

SEMA-2017 sərgisi üçün Koreya şirkətinin gətirdiyi daha bir avtomobil isə sedan KIA Cadenza Obsidian-dır. Yeri gəlmişkən, bu avtomobilin də hazırlanmasında West Coast Customs şirkətinin əməkdaşları çalışıblar. Nadir model idman yayları olan aşağı salınmış asılqan, orijinal 20-düymlük təkər diskləri Keen, eksklüziv ban rəngi, sabvuferi olan 630-vatlıq audiosistem Harmon Karbon alıb.

Sonda təkmilləşdirilmiş model KIA Stinger GT Federation gəlir. Bu nadir avtomobil Air Design şirkəti ilə birgə hazırlanıb. Fastbək kapotda ventilyasiya əlavələri, arxa diffuzor, arxa spoyler və həqiqətən nadir olan portağal rəngi alıb.

AUTO.AZ



teqlər:
KIA, Kia Stinger GT, Kia Cadenza 04.11.2017

Şərhlər


AD