Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan krossover IMx Concept təqdim edib

Tokyo Motor Show 2017 çərçivəsində Yaponiyanın Nissan Motor şirkəti rəsmi olaraq tam elektriklə çalışan və avtonom konseptual krossover Nissan IMx Concept-in sirrini açıb.

Təqdim edilmiş Nissan IMx Concept – bu, yapon istehsalçının ən mühüm avtomobilidir. Sadəcə konsept olmasına baxmayaraq, onda bir sıra ideyalar mövcuddur ki, onlar gələcək markanın hazırlanmasına kifayət edər.

Dərhal deyək ki, prototip Nissan IMx Concept ola bilsin ki, məşhur Juke modelinin yeni nəslindən xəbər verir. Lakin şirkətdən bu barədə heç nə deməyiblər. Gəlin, yeniliyə nəzər salaq.

Rəsmi məlumata əsasən, elektrokar Nissan IMx Concept tam dolu cərəyanla 600 km məsafə qət edə bilər. Prototipin əsasında yapon mühəndislərinin son illər istehsal etdikləri tam yeni platforma dayanır. Yəni, təqdim edilmiş protitip aysberqin görünən hissəsidir. Çox güman ki, bu platformada bir çox elektrokar ailəsi yığılacaq.

Nissan IMx Concept-in texniki hissəsi də diqqətəlayiqdir. Güc iki elektrik mühərriki sayəsində təmin edilir ki, onlardan biri arxa təkərləri, digəri isə qabaq təkərləri hərəkətə gətirir. Ümumi güc 320 kVt-dir (435,07 a.g.). Fırlanma anı 700 Nm-dir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan IMx Concept 02.11.2017

Şərhlər


AD