Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus və Marvel-dən nadir kupe

SEMA-2017 tüninq festivalı çərçivəsində konseptual kupe Lexus LC Concept Inspired Black Panther-in təqdimatı keçiriləcək. Konsept üzərində Lexus şirkətinin və Amerikanın Marvel kinostudiyasının mütəxəssisləri işləyiblər.

Yaponiyanın premial brendinin nümayəndələrinin sözlərinə görə, avtomobil Qara Pantera kimi super qəhrəmanlar üçün hazırlanıb. Kupe eyniadlı fantastik filmin ilk nümayişi ərəfəsində təqdim edilib. Film 2018-ci ilin fevralında dünya kinoteatrlarında təqdim olunacaq.

Konseptual kupe Lexus LC Concept Inspired Black Panther eksklüziv gör-gümüşü rəngə boyanıb. Avtomobilin kapotu üzərində komikslərin personajlarının təsvirləri var. Bundan əlavə, prototipi böyük alüminium təkər diskləri və aerodinamik ban asması ilə təchiz ediblər. Asmaya xüsusi qanadlar və arxa görünüş üçün caynaqları olan nadir yan  güzgülər daxildir.

Lexus LC Concept Inspired Black Panther-in güc qurğusu barədə məlumat verilmir. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, mühərrikin gücü istifadə edilmiş xüsusi metal - vibranium sayəsində artıb. Bu metalı isə super qəhrəmanların vətənində - Vakanda da tapmaq olar.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LC 01.11.2017

Şərhlər


AD