Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M4 Liberty Walk-dan tüninq alıb

Dünyada məşhur olan atelye Liberty Walk Bavariya kupesi BMW M4 Coupe üçün yeni proqram hazırlayıb. Ənənəyə uyğun olaraq, avtomobil yenidən işlənmiş aerodinamik asma və dəbli təkərlər alıb.

Təqdim edilmiş şəkillərdə modifikasiya edilmiş avtomobil görünür ki, sahibi onu maksimal dərəcədə nadir etmək istəyib. Məhz bu məqsədə çatmaq üçün isə o, Liberty Walk-un mütəxəssislərinə müraciət edib.

Yapon tünerin çoxsaylı layihələri kimi, alman idman kupesi BMW M4 də yeni aerodinamik asma alıb. Ona spoyler və boltlarla bərkidilmiş enli təkər arkaları daxildir.

Bunlardan əlavə, təkmilləşdirilmiş BMW M4 Coupe by Liberty Walk nadir Tecnica Performance seriyasından olan Forgiatos TEC 2.2-R təkər diskləri ilə lovğalana bilər. Onların ölçüləri 20-dən 22-düymə qədərdir.

Ənənəyə əsasən, Liberty Walk mütəxəssisləri yalnız avtomobilin xarici görünüşü üzərində iş aparıblar. Yəni, BMW M4 Coupe-nin mühərrik hissəsində 431 a.g. və 550 Nm fırlanma anı verən mühərrik dayanır.

AUTO.AZ



teqlər:
BMW, BMW M4, Liberty Walk 31.10.2017

Şərhlər


AD