Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

860-güclü Mercedes-AMG GT S

Məşhur tüninq atelye IMSA növbəti qeyri-adi layihəsini təqdim edib. Onun təməlində isə təkmilləşdirilmiş kupe Mercedes-AMG GT S dayanır. İndi RXR One Super GT adlanan avtomobil bir çox vizual yeniliklər və 860-güclü mühərrik alıb.

Atelyenin nümayəndələrinin sözlərinə görə, modernləşdirilmiş kupe RXR One Super GT superkarlar dünyasına daxil olub. Bu bəyanatların əsası var. Şirkətin mühəndisləri ilk növbədə baza variantında olan 4.0 V8 tvin-turbo mühərriki üzərində çalışıblar.

Mühərrik bir sıra əlavələr, o cümlədən yeni porşnlər, sıxıcı kompressorlar, yeni sıçratma və ara soyuducu sistemləri alıb. Bütün yeniliklər sayəsində mühərrikin gücü 860 a.g.-ə qədər artıb. Fırlanma anı 1000 Nm-dir.

Bununla yanaşı, 860-güclü vəhşi Mercedes-AMG GT S by IMSA təkmilləşdirilmiş sürət qutusu alıb ki, bu da artan fırlanma anı ilə asanlıqla bacara bilər. Həmçinin avtomobilin asılqanı və əyləc sistemi də təkmilləşdirilib.

Tüner, eyni zamanda, aerodinamik asmanı da yeniləyib. Beləliklə, təqdim edilmiş RXR One Super GT yeni karbon panellər, o cümlədən qanadlar, bamperlər, spoylerlər, baqaj qapağı və kapot alıb. Atelyedən bildiriblər ki, onların kupesi standart variantdan 300 kq daha yüngül olub.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz AMG-GT, IMSA 27.10.2017

Şərhlər


AD