Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar XE Arden-dən tüninq alıb

Məşhur alman atelyesi Arden sedan Jaguar XE üçün yeni kompleks təkmilləşdirmə proqramı hazırlayıb. Britaniyanın 4-qapılı modeli gözəl xarici görünüş, gücləndirilmiş mühərrik və məxsusi indeks Aj 24 alıb.

Təkmilləşdirmə paketinə nadir ban rəngi daxildir. Arden tərəfindən modernləşdirilmiş Jaguar XE parlaq-sarı aksentlər, altında sarı supportlar görünən təkər diskləri dəsti alıb.

Vizual dəyişikliklərlə yanaşı, Britaniya sedanı, həmçinin 30 mm aşağı salınmış asılqan alıb. Şirkətdən bildiriblər ki, bu, avtomobilin yürüş trekində hərəkətinə müsbət təsir göstərməlidir.

Təqdim edilmiş sedan Jaguar XE by Arden 3,0-litrlik, 6-silindrli kompressorlu mühərrik alıb ki, o, baza variantında 375 a.g.-ə malikdir. Təkmilləşdirmədən sonra mühərrik 422 a.g.-ə qədər gücləndirilib.

Təəssüf ki, təkmilləşdirilmiş avtomobilin dinamik xarakteristikası barədə alman şirkəti heç bir məlumat verməyib. Təkmilləşdirmə paketinin qiyməti barədə də məlumat yoxdur.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE, Arden 25.10.2017

Şərhlər


AD