Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Polestar-dan 600-güclü hibrid

Əvvəllər İsveçin Volvo şirkətinin tüninq-atelyesi olmuş yeni avtomobil brendi Polestar rəsmi surətdə ilk modelinin – 600-güclü hibrid kupe Polestar 1-in (Polestar One) sirrini açıb.

Hazırda istehsalçı modelin texniki göstəriciləri barədə informasiya yaymayıb. Məlumdur ki, kupe Polestar 1-in Electric Performance Hybrid adlı hibrid güc qurğusunun ümumi gücü 600 a.g.-dür. Fırlanma anı 1000 Nm-dir.

Şirkətdən, həmçinin bildiriblər ki, kupe Polestar 1 (Polestar One) təkcə elektrik gücü ilə 150 km məsafə qət edə bilir. Avtomobilin dinamik xarakteristikası barədə heç bir məlumat verilmir. Qeyri-rəsmi məlumata əsasən, avtomobil 2,0-litrlik mühərriklə və 2 ədəd elektrik mühərriki ilə təchiz edilib.

Güman edildiyi kimi, yeni hibrid kupe Polestar 1-in təməlində Volvo şirkətinin Scalable Platform Architecture (SPA) platforması dayanıb. Yenilik Öhlins şirkətinin istehsalı olan fəal asılqan CESi ilə təchiz edilib. Bu asılqanın əsas cəhəti ondan ibarətdir ki, onun hər bir dayağı sərtliyin mərhələsini sürmə üslubundan və yol şəraitindən asılı olaraq dəyişir.

Yeni avtomobil brendinin nümayəndələri bildiriblər ki, kupe Polestar 1-in platformasının komponentinin 50 faizi şirkətin öz mütəxəssisləri tərəfindən hazırlanıb.

AUTO.AZ



teqlər:
Polestar, Polestar 1 24.10.2017

Şərhlər


AD