Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-AMG G65 Final Edition təqdim edilib

Almaniyanın Daimler şirkəti yolsuzluq avtomobili Mercedes-Benz G-Class-ın son versiyasını təqdim edib. Bu, təkmilləşdirilmiş Mercedes-AMG G 65 Final Edition-dır. Xüsusi avtomobil məhdud sayda – cəmi 65 ədəd buraxılacaq. Eksklüziv modelin qiyməti 310 233 avrodan başlayacaq.

Şirkətdən bildiriblər ki, yolsuzluq avtomobili Mercedes-AMG G 65 Final Edition dünyada ən güclü yolsuzluq avtomobilinin uğurlu tarixinin göstəricisidir. Avtomobilin kapotu altında 6.0 V12 mühərriki dayanır.

Mühərrik 630 a.g., fırlanma anı isə 1000 Nm-dır. O, 2 muftalı, 7-pilləli avtomat sürət qutusu - AMG SPEEDSHIFT PLUS 7G‑TRONIC ilə birgə çalışır. Yolsuzluq avtomobili yerindən 100 km/saata 5,3 saniyəyə sürətlənir, maksimal sürət isə 230 km/saatdır (elektron məhdudlaşdırıcı ilə).

Sonuncu təkmilləşdirilmiş yolsuzluq avtomobili Mercedes-AMG G 65 Final Edition-ın idmançı xarici görünüşü 21-düymlük bürünc rəngli disklərlə vurğulanır. Bundan əlavə, avtomobil gümüşü əyləc supportları və eksklüziv AMG Sport yazıları alıb.

Eyni zamanda, təkərlərlə yanaşı, altlıq qoruyucusu, radiator barmaqlığının çərçivəsi, bamperlərin elementləri, arxa görünüş üçün yan güzgülərin korpusları və baqaj qapısındakı ehtiyat təkərin üzərindəki qapaq da mat bürünc rəngə boyanıb. Ayaqaltılar və qaz buraxma sisteminin boruları mat qara rəngdədir.

Xüsusi yolsuzluq avtomobili Mercedes-AMG G 65 Final Edition-ın interyeri analoji üslubda yığılıb. Salonda qara dəri Nappa, nadir tikişlər və karbon lifindən əlavələr görmək olar. Alman şirkətinin dizaynerləri salona, həmçinin dəri kənarları olan xalılar və döymə yazılar əlavə ediblər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class, AMG 24.10.2017

Şərhlər


AD