Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover şirkəti Range Rover-i yenilədi

Britaniya avtomobil istehsalçısı Land Rover təkmilləşdirilmiş yolsuzluq avtomobili Range Rover 2018 modelini rəsmi olaraq təqdim edib. Restaylinq edilmiş avtomobilin dizaynı bir qədər dəyişilib, o, hibrid modifikasiya və 565-güclü mühərrik alıb.

Yeni yolsuzluq avtomobili Range Rover 2018 modelinin xarici görünüşündə sələfindən əsas fərqi yeni optikadır. Məsələn, qabaq fənərlər 4 variantda əlyetərlidir: baza variantı üçün 12 diodlu işıq blokundan tutmuş 80 km/saat sürətdən yuxarı hərəkət zamanı 500 metr məsafəni işıqlandıran 71-m diodlu və lazerli işıqlar.

Bundan əlavə, təkmilləşdirilmiş yolsuzluq avtomobili Range Rover-in interyeri də dəyişilib. O, təqdim edilmiş kross Velar tərzində yığılıb. Modeldə, həmçinin ən yüksək SV Autobiography Dynamic işləməsi peyda olub.

Land Rover şirkətinin şef-dizayneri Cerri MakHovern avtomobilin daxili tərtibatı barədə danışarkən deyib: Əmin ola bilərsiniz, bu, kəşf edilmiş interyerdir. Avtomobil iki ədəd 10-düymlük taçskrini olan informasiya-əyləncə sistemi InControl Touch Pro Duo alıb. Yuxarıdakı displey naviqasiya və multimediya, aşağıdakı isə havalandırma və Terrain Response 2 sistemi üçün nəzərdə tutulub.

Range Rover SV Autobiography Dynamic modelin tarixində ən güclü versiya versiyadır. Bu avtomobil 565 a.g.-ə (700 Nm) malik kompressorlu V8 mühərrikinə malikdir. Yerindən 100 km/saata sürətlənmə 5,4 saniyəyə həyata keçirilir.

Təkmilləşdirilmiş yolsuzluq avtomobili Range Rover 2018-də P400e hibrid modifikasiyası peyda olub. Hibrid güc qurğusuna Ingenium ailəsinə məxsus 2,0-litrlik, 4-silindrli mühərrik (300 a.g.) və elektrik mühərriki (116 a.g.), o cümlədən 13, 1 kVt/saatlıq akkumulyator daxildir. Ümumi güc – 404 a.g. (640 Nm).

Hibrid yolsuzluq avtomobili Range Rover P400e yerindən 100 km/saata 6,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 220 km/saatdır. Bu avtomobil 100 km məsafəyə 2,8 litr yanacaq sərf edir. O, elektrik enerjisi ilə 51 km məsafə qət edə bilir (137 km/saat sürətlə). Batareyalar məişət şəraitində 7 saat yarıma, xüsusi stansiyalarda isə 2 saat 45 dəqiqəyə enerji ilə tam dolur.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover 18.10.2017

Şərhlər


AD