Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Range Rover Sport təqdim edilib

Britaniyanın Land Rover şirkəti 2018-ci model ilinə məxsus yolsuzluq avtomobili Range Rover Sport təqdim edib. Şirkət, həmçinin modelin hibrid modifikasiyası Range Rover Sport P400e-ni və gücləndirilmiş versiyası olan Range Rover Sport SVR-ı təqdim edib.

2018-ci model ilinə məxsus təkmilləşdirilmiş yolsuzluq avtomobili Range Rover Sport-un eksteryerinin dizaynı çox dəyişməyib. Avtomobil yeni qabaq və arxa bamperlər, radiator barmaqlığı, diodlu qabaq işıqlar Matrix Pixel LED alıb.

Ən əsas yenilik isə hibrid modifikasiyalı Range Rover Sport P400e-nin meydana çıxmasıdır. Bu avtomobil 2,0-litrlik, 4-silindrli benzin və elektrik mühərriklər, 13,1 kVt/saatlıq akkumulyator alıb. Ümumi güc 297 kVt (403,8 a.g.) və 640 Nm fırlanma anıdır.

Verilən məlumata görə, hibrid yolsuzluq avtomobili Range Rover Sport P400e 0-dan maksimal sürətə - 220 km/saata çatmamışdan əvvəl 6,3 saniyəyə 100 km/saata sürətlənə bilir. Avtomobil elektrik dartma gücü ilə 51 km məsafə qət edə bilir. Akkumulyatorlar 2 saat 45 dəqiqəyə tam doldurulur.

Təkmilləşdirilmiş yolsuzluq avtomobili Range Rover Sport SVR 2018-in də məhsuldarlığı artırılıb. Belə ki, BMW X5 və Mercedes-AMG GLE 63-ün rəqibi olan 5,0-litrlik V8 573,75 a.g.-ə malikdir. Yerindən 100 km/saata sürətlənmə isə 4,3 saniyəyə baş verir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport 13.10.2017

Şərhlər


AD