Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rezvani yolsuzluq avtomobili təqdim edib

İdman avtomobili Beast ilə məşhurlaşmış Rezvani Motors şirkəti Tank adı almış ekstremal yolsuzluq avtomobilini təqdim edib. Məşhur SUV seqmentinə aid avtomobil ciddi görkəmli eksteryer dizaynı, zirehli ban,  infraqırmızı gecə görünüşü sistemi və 500-güclü mühərrik alıb.

Rezvani Tank – bu, Rezvani Motors şirkətinin ilk yolsuzluq avtomobilidir və istehsalçının adi idman avtomobilləri sırasından uzaqlaşmasıdır. Xatırladaq ki, bu günədək şirkətin sırasında sportkar Beast fərqlənirdi.

Təəssüf ki, yeni ekstremal yolsuzluq avtomobili Rezvani Tank barədə ətraflı məlumat yoxdur. Məlumdur ki, avtomobil çərçivəli konstruksiya əsasında hazırlanıb.

Həmçinin qeyd edilməlidir ki, yolsuzluq avtomobili Rezvani Tank üçün qoşula bilən tam ötürücü və 6,4-litrlik V8 güc aqreqatı əlyetərlidir. Bu mühərrik 500 a.g.-ə sahibdir. Bildirilib ki, mühərrik Chrysler SRT-nin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bundan əlavə, 500-güclü ciddi görkəmli yolsuzluq avtomobili Rezvani Tank-ın təchizatına xüsusi olaraq gücləndirilmiş asma, o cümlədən ən ağır yol şəraiti üçün nəzərdə tutulmuş kobud şinlər daxildir.

AUTO.AZ



teqlər:
Rezvani Motors, Rezvani Motors Tank 12.10.2017

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat