Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo yeni krossover təqdim edib

Volvo Milanda keçirilən qapalı tədbirdə yeni krossover – XC40 təqdim edib. Avtomobil İsveç brendinin yolsuzluq avtomobili sırasında ən kiçiyidir və krossover XC60-dan bir pillə aşağıda yer alıb. İlk avtomobillər rəsmi dilerlərin salonlarına 2018-ci ilin ikinci rübündə çatdırılacaq.

XC40 yeni CMA (Compact Modular Architecture) modul platformasında yığılıb. Onun kapotu altında 2-litrlik, 190-dan 245 a.g.-ə qədər gücü olan Drive_e ailəsinə məxsus dizel və benzin mühərriklər yerləşdirilib. Mühərrik ya 6-pilləli mexanika, ya da 8-pilləli avtomatla birgə çalışır.

Bir qədər sonra krossoverdə ən yeni 3-silindrli benzin mühərrik olacaq, o cümlədən hibrid və tam elektrik modifikasiyalı versiyalar da düzəldiləcək.

XC40 Volvo-nun ilk modeli olacaq ki, o, abunə servisindən - Care by Volvo-dan yararlanacaq. Bu xidmət vasitəsilə müştərilər aylıq abunə dəyəri ödəməklə avtomobili uzunmüddətli kirayəyə götürə biləcəklər ki, beləliklə onlar təmir və s. gözlənilməz xərclərdən özlərini qoruya biləcəklər.

Regionlardan asılı olaraq Care by Volvo proqramına qulluqçu paketi də daxil ediləcək. paketə yanacaqdoldurma, yuma, salonun təmizlənməsi, servis xidməti və avtomobilə malların çatdırılması kimi xidmətlər daxildir. XC40 sahibləri yeni rəqəmsal açar vasitəsilə avtomobili dostlarına və ya qohumlarına verə bilərlər.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC40 29.09.2017

Şərhlər


AD