Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-in yeni Sprinter-i

Mercedes-Benz şirkəti gələcək nəsil furqon Sprinterin ilk dizayn-sketçini nəşr edib. Model 2018-ci ildə Avropada, bir qədər sonra isə digər bazarlarda satışa çıxarılacaq.

Yeni nəsil Sprinter bu dəfə Mercedes-in öz mütəxəssisləri tərəfindən hazırlanacaq və Volkswagen Crafter ilə oxşar cəhəti olmayacaq. Şəkillərə əsasən, furqon Mercedes-Benz X-Class üslubunda hazırlanmış radiator barmaqlığı, o cümlədən qabaq hissədə diodlu fənərlə alacaq.

Yeni Mercedes-Benz Sprinter-də bir sıra yeni təhlükəsizlik sistemi və idarəetmədə yeni funksiyalar tətbiq ediləcək. Bundan əlavə, modeldə yeni modifikasiyalar peyda olacaq ki, bu, alıcıların marağını daha da artıracaq.

Əvvəllər bildirilirdi ki, yeni Sprinter-də tam elektrik güc qurğulu versiya olacaq. O, Düsseldorfda yığılacaq. Buna görə də müəssisəyə 300 milyon avro investisiya ayrılıb. Çox güman ki, alman brendinin bütün kommersiya avtomobilləri gələcəkdə elektrik güc qurğusu ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz Sprinter 27.09.2017

Şərhlər


AD