Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini-dən Huracan Super Trofeo EVO

İtaliyanın Lamborghini şirkəti və onun idman avtomobillərinə cavabdeh olan Lamborghini Squadra Corse bölməsi rəsmi olaraq yeni yürüş kupesini - Lamborghini Huracan Super Trofeo EVO-nu təqdim etdi.

Qeyd etmək lazımdır ki, yeni yürüş bolidinin təqdimatı lüks saat Roger Dubuis-un marketinq cəhətdən inkişafına çevrildi. Belə ki, Sant-Aqata Bolenezedə keçirilən xüsusi tədbirdə Lamborghini ilə İsveçin məşhur saat brendi olan Roger Dubuis arasında əməkdaşlıq qurulması barədə elan verilmişdi.

Avtomobilin özünə gəldikdə isə, yeni yürüş bolidi Lamborghini Huracan Super Trofeo EVO gərək Gallardo modelinin bazasında yığılan sələfinin uğurunu davam etdirsin.

Məlumdur ki, yeni yürüş kupesinin aerodinamik asılqanı məşhur Dallara Engineering şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Lamborghini şirkətindən bildirilib ki, adi modeldən təqdim edilmiş kupe Huracan Super Trofeo EVO-ya hamar döşəmə, qabaq splitter və arxa diffuzor qalıb. Qalan bütün hissələr tamamilə yenidir.

Lamborghini Huracan Super Trofeo EVO-nun mühərrik hissəsində 5,2-litrlik, 620 a.g. verən V10 dayanır.o, 6-pilləli sürət qutusu ilə birgə çalışır. Yeni Lamborghini Huracan Super Trofeo EVO 2018-ci ilin yazında yürüş traslarına çıxarılacaq.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 25.09.2017

Şərhlər


AD