Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda-dan təkmilləşdirilmiş Vision E Concept

Skoda şirkəti Frankfurt-2017 avtosalonunda konseptual yolsuzluq avtomobili Vision E Concept-in təkmilləşdirilmiş versiyasını təqdim edib.

Şanxay avtosalonunda təqdim edilmiş prototipdən fərqli olaraq, daha çox təkmilləşdirilmiş krossover Skoda Vision E Concept seriyalı avtomobilə bənzəyir.

Bundan əlavə, Skoda Vision E Concept Çexiya brendinin ilk elektrikli nəqliyyat vasitəsidir. O, 3-cü mərhələ avtonom idarəetmə sistemi ilə təchiz olunub. Tam dolu enerji ilə 500 km məsafə qət edə bilir.

Skoda Vision E Concept iki elektrik mühərrikindən qidalanır. Ümumi güc 302 (306) a.g.-dür. Dartma qüvvəsi dörd təkərin hamısına ötürülür. Avtomobilin maksimal sürəti 180 km/saatdır.

Hər iki konseptin texniki hissəsi bənzərdir. Yalnız xarici görünüşdə fərq var. Məsələn, Frankfurt-2017-də təqdim edilmiş krossover Skoda Vision E Concept-in yeni 2 üçkünc barmaqlığı olan qabaq paneli var, bamperlər qara rəngdə işlənib, o cümlədən yeni təkərlər alıb.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Vision E Concept 21.09.2017

Şərhlər


AD