Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover-dən Discovery SVX

Britaniyanın Jaguar Land Rover şirkəti yolsuzluq avtomobili Discovery-nin güclü versiyasının – yeni nəsil Land Rover Discovery SVX-in sirrini açıb. Avtomobil Frankfurt-2017 avtosalonunda debüt edəcək.

Ekstremal yolsuzluq avtomobili Land Rover Discovery SVX-in üzərində Jaguar Land Rover Special Vehicle Operations bölməsinin mütəxəssisləri çalışıblar. Qeyd edildiyi kimi, qarşımızda yeni nəsil Discovery-nin ən güclü versiyası dayanıb.

Avtomobilin mühərrik hissəsində təkmilləşdirilmiş 5-litrlik, sıxıcı kompressoru olan V8 dayanıb. Bu mühərrik 524,81 a.g., 625 Nm fırlanma anına malikdir. Yolsuzluq avtomobili Land Rover Discovery SVX hidravlik sükan idarəetməsi ilə lovğalana bilər. O, təkərlərin yerə yapışmasını, banın idarəetməsini və dartmanı nəzarət altında saxlayır.

Ekstremal yolsuzluq avtomobili Land Rover Discovery SVX-in salonunda üzərində Rush Orange aksenti və X loqotipi olan ikirəngli oturacaqlar görmək olar. Bundan əlavə, sürət qutusunun tutacağı da sükan arxasına keçirilib.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Discovery 20.09.2017

Şərhlər


AD