Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni universal təqdim edib

Frankfurt-2017 avtosalonundakı bütün yeniliklər arasında ən gözləniləni, sözsüz, yeni nəsil B9-un təkmilləşdirilmiş universalı Audi RS4 Avant-dır.

Bir çox ekspertlərin güman etdikləri kimi, Almaniyadan olan yüksəl məhsuldarlı avtomobil 2,9-litrlik TFSI biturbo V6 mühərriki alıb. O, 450 a.g. və 600 Nm fırlanma anı verə bilir.

Güc aqreqatı tam ötürücü Quattro sistemi və modernləşdirilmiş, sürət ötürmələri optimallaşdırılmış 8-diapazonlu sürət qutusu ilə birlikdə çalışır.

Alman istehsalçının sözlərinə görə, təkmilləşdirilmiş universal Audi RS4 Avant 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənir, onun maksimal sürəti 250 km/saatda məhdudlaşdırılıb.

Elektron məhdudlaşdırıcını çıxarmaq da olar, o zaman avtomobil 280 km/saat maksimal sürətə malik olacaq. Bu cür opsiya RS Dynamic Package paketinə daxil edilib. Beləliklə, yenilik əsas rəqibi Mercedes-AMG C63 Estate-dən 0,1 saniyə daha cəlddir.

AUTO.AZ



teqlər:
Audi, Audi RS4 20.09.2017

Şərhlər


AD