Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes 1000-güclü hiperkar hazırlayıb

Mercedes-AMG şirkəti hibrid hiperkar Project One təqdim edib. Yenilikdə Formula-1 bolidlərindəki yüksək texnologiyadan istifadə olunub. Avtomobil Frankfurt avtosalonu çərçivəsində təqdim ediləcək.

Mercedes-AMG Project One dəqiqədə 11 min dövr vura bilən, 1,6-litrlik V6 hibrid güc qurğusu ilə təchiz edilib. Mühərrikdə standart yaylı klapanlar əvəzinə pnevmo paylayıcılardan, o cümlədən elektrikli turbo yükləyicilərdən istifadə edilib.

Avtomobilin arxa hissəsində yerləşdirilmiş daxili yanma xüsusiyyətli mühərrik elektrik mühərriki ilə birgə çalışır. Onların arxa oxa ötürülən ümumi gücü 680 a.g.-dür. Qabaq təkərlərin hər birində əlavə köməkçi elektrik aqreqatı dayanır. Hiperkarın hibrid güc qurğusunun gücü 1000 a.g.-dür.

Elektrik mühərrikləri tökmə-ion akkumulyatorlardan qidalanır. Onlar əyləc zamanı qabaq təkərlərdən enerjinin 80 faizini bərpa edə bilirlər. Yalnız elektrik dartma gücü ilə 25 km məsafə qət etmək olar.

Mercedes-AMG Project One yerindən 100 km/saata 2,5, 200 km/saata isə ən gec 6 saniyəyə sürətlənir. Maksimal sürət 350 km/saatdan artıqdır. Hiperkar yaylı-hidravlik tənzimlənən amortizatorları, karbon-keramik əyləc mexanizmi və 3 cür tənzimləmə variantlı trekşn kontrolu olan yürüş asması alıb.

AUTO.AZ



Şərhlər


AD