Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda-nın ilk elektrokarı

Honda şirkəti ilk elektrokarını hazırlayıb. O, Avropada satılacaq. Frankfurt avtosalonunda Urban EV adlı gələcək avtomobilin prototipi nümayiş olunub. Avtomobilin seriyalı versiyası isə 2019-cu ildə təqdim ediləcək.

Honda-nın prezidenti Takahiro Haçiqo deyib: EV Concept sadəcə gələcək avtomobil barədə təsəvvür deyil. Bu avtomobilin seriyalı versiyası 2019-cu ildə Avropada peyda olacaq.

Elektrikli hetçbek retro dizayn alıb və Jazz-ı xatırladır. Yeniliyin uzunluğu 3895 mm-dir. Avtomobilin faraları arasında displey quraşdırılıb ki, orada digər sürücülərə salamlama yazıları əks oluna bilər.

Elektrokarın salonunda rəqəmsal cihazlar paneli quraşdırılıb. Yan güzgülərin yerinə kameralar quraşdırılıb ki, onlar məlumatı daim xüsusi displeyə ötürürlər. Konsept 4 yerlidir. Lakin seriyalı versiya 5 yerli olacaq.

AUTO.AZ



teqlər:
Honda, Honda EV Concept 18.09.2017

Şərhlər


AD