Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi kupe R8 V10 RWS təqdim edib

Premial Alman brendi Audi Frankfurt-2017 avtosalonu çərçivəsində yalnız arxa ötürücü ilə təchiz edilən məhdud versiyalı model R8 V10 RWS-in rəsmi surətdə sirrini açıb.

Güman edildiyi kimi, təqdim edilmiş kupe Audi R8 V10 RWS adi avtomobildən tam ötürücüdən məhrum edilməsi ilə seçilir. Beləliklə, qarşımızda drift sevənlər üçün ideal olacaq avtomobil dayanıb. Lakin qeyd etməliyik ki, drif sevənlər mütləq tələsməlidirlər.

İstehsalçının məlumatına görə, arxa ötürücülü superkar Audi R8 V10 RWS-dən cəmi 999 ədəd buraxılacaq. Məhdud sayda buraxılacaq kupenin mühərrik hissəsində yaxşı tanıdığımız 5,2-litrlik V10 TSI dayanır.

Bu mühərrik 540 a.g. yığa bilir. Maraqlıdır ki, arxa ötürücülü avtomobil tam ötürücülü versiyaya dinamikaya görə uduzmur. Xüsusilə Audi R8 V10 RWS 0-dan 100 km/saata 3,7 saniyəyə sürətlənir. Bu, adi kupedən cəmi 0,2 saniyə gecdir.

AUTO.AZ



teqlər:
Audi, Audi R8 16.09.2017

Şərhlər


AD